AZ

Hökumə Əliyevanın atasına qarşı dələduzluqla bağlı "Kapital Bank" dan açıqlama

Xəbər verdiyimiz kimi, "Kapital Bank"ın adından Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevə qarşı dələduzluq edilib.

"Kapital Bank"ın mətbuat katibi Arzu Əliyeva Teleqraf.com-a açıqlamasında bildirib ki, bank tərəfindən dələduzluğa qarşı lazımi tədbirlər görülür.

"Bu haqda ən qısa zamanda ictimaiyyətə məlumat veriləcək",-deyə Arzu Əliyeva söyləyib.

Qeyd edək ki, Hökumə Əliyevanın atasının hesabında 80 min 507 manat pul oğurlanıb.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
9
1
teleqraf.com

2Mənbələr