AZ

Azərbaycanda metal filiz hasilatı 11%-dən çox azalıb

Bakı. Trend:

Ötən il Azərbaycanda 382,4 milyon manat dəyərində metal filizhasil edilib.

Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu,2023-cü ildəki göstəricilərlə müqayisədə 11,2% azdır.

Hesabat dövründə 378,8 ton mis konsentratı hasil edilib ki, buda illik müqayisədə 82,3% azdır. 2023-cü ildə ölkədə 2100 tonunüzərində mis konsentratı istehsal olunmuşdu.

Ötən ilin dekabrın 1-nə hazır məhsul ehtiyatı 74,2 ton təşkiledib.

Bundan başqa, Azərbaycanda qızıl və gümüş hasilatında da azalmaqeydə alınıb. Belə ki, ötən il ölkədə 2663,5 kq qızıl, 3184,9 kqgümüş hasil olunub. 2023-cü illə müqayisədə bu göstəricilər müvafiqolaraq 3,5% və 14% azdır.

2024-cü ilin dekabrın 1-i vəziyyətinə qızıl hasilatında hazırməhsul ehtiyatı 56 kq, gümüş hasilatında isə 334,9 ton qeydəalınıb.

Seçilən
1
2
az.trend.az

3Mənbələr