AZ

Kamal Sunalın əfsanəvi "Zübük" filmi yenidən çəkilir

1980-ci ildə ekranlara çıxan və Kartal Tibetin rejissorluğu ilə çəkilən Zübük filmi usta aktyor Kamal Sunalın əfsanəvi əsərləri arasındadır. Türk kinosunun ən önəmli layihələrindən biri olan Zübük filmi Ezel Akayın rejissorluğu ilə yenidən çəkiləcək. Məşhur rejissor baş rolu oynayacaq adın da müəyyənləşdiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, Kamal Sunalın millət vəkili İbrahim Zübükzadə obrazını canlandırdığı və türk kinosunun klassik əsərlərindən sayılan "Zübük" filminin yenidən çəkilişləri üçün hazırlıqlara başlanılıb.

Ezel Akay "Zübük"ün yeni variantında baş rolu Ali Sunala təklif etdiyini və bu təklifin qəbul olunduğunu açıqlayıb.

Seçilən
2
kulis.az

1Mənbələr