AZ

Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir – ŞƏRH

Bakı. Trend:

Rusiyanın hakimiyyət dairələri ilə ənənəvi işbirliyində olanmedia resurslarının, həmçinin, yaşadığımız 2025-ci ildə XIX əsrinkommunaçıları, yaxud 1930-cu illərin proletkulçuları kimi düşünənvə danışan neobolşevik təbliğatçıların Azərbaycanın mülkitəyyarəsinin vurulması ilə bağlı ölkəmizin ünvanına səsləndirdiyihəqarətlər, uydurduğu nağıl və əfsanələr həqiqəti etiraf edəbilməməyin, cəsarətsizliyinin, xudpəsəndliyin, gerçəklikləuzlaşmayan və ikrah doğuran təkəbbürün və siyasi əxlaqsızlığınnümunəsidir.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı ElçinMirzəbəyli deyib.

Millət vəkili bildirib ki, heç nə Azərbaycan təyyarəsininvurulması faktını dəyişdirmir:

“Zənnimcə, bu qəbildən olan bayağı təbliğatı sifariş verənləryaxın keçmişə və bu günün reallıqlarına, hər kəsin gözlə görəbiləcəyi mənzərəsinə ötəri də olsa, nəzər salaraq nəticə çıxarmalı,həqiqəti inkar, yaxud yalanla ört-basdır etməyin, şər-böhtanatmağın heç bir effektiv nəticəyə gətirib çıxarmayacağınıbirdəfəlik anlamalıdırlar.

Bu, ilk növbədə onların özü üçün faydalı ola bilər. Əkstəqdirdə, kimsənin inanmadığı, güvənmədiyi və acı təbəssüm doğurantəbliğatla yaranan boşluqları, “vaxtı keçmiş”, yaxud “istifadəmüddəti başa çatmış” epitetlərlə doldurmaq mümkün olmayacaq.“Kommunaçı” medianın vətəbliğatçı zehniyyətin təhdid vəhəqarətlərinin “doza”sından asılı olmayaraq, Azərbaycantəyyarəsinin vurulması faktı faktlığında qalır”.

Elçin Mirzəbəyli vurğulayıb ki, belə məqamlarda ləyaqətlidavranış sərgiləmək təkcə şəxslərə deyil, dövlətlərə də aid olananlayışdır.

“Ən azı yaxın keçmişdə Azərbaycanın nümayiş etdirdiyidavranışdan örnək götürə bilərlər. Azərbaycan cəmiyyəti böyüktəmkin, anlayış və siyasi əxlaq nümayiş etdirərək istintaqınədalətli aparılmasını, günahkarların cəzalandırılmasını, müvafiqistiqamətlər üzrə təzminatların ödənilməsini gözləyir. Bununalternativi yoxdur və bizim ölkəmizdə şantaj və həqarət təbliğatıqəbul olunmur və olunmayacaq. Yaxşı olar ki, Rusiya hakimiyyətiişbirliyində olduğu resursların nəfəsliyini açsın və havanıdəyişsin”, - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isəTrend-əaçıqlamasında bidirib ki, Azərbaycanın AZAL şirkətinə məxsustəyyarənin məhz Rusiya hava məkanında şübhəli şəkildə zədələnməsivə Qazaxıstan ərazisində məcburi eniş etməsi bir faciədir:

“Azərbaycan dövləti və xalqı belə bir hadisənin baş verməsininobyektiv səbəblərini axtarır. Nəticə etibarilə sağ qalan şahidlərinifadəsindən, qəzaya uğrayan təyyarədəki izlərdən də bəlli olur ki,hava gəmisi yerdən hücuma məruz qalıb. Hadisənin törədilməsindəcinayət tərkibinin olub-olmaması bu gün ən vacib sualdır.Azərbaycan prezidenti isə bu məsələnin sonadək obyektivaraşdırılmasını tələb etməklə öz dövlətinin, millətinin,vətəndaşlarının maraqlarından çıxış edərək qətiyyətli fikirləırsəsləndirib”.

Millət vəkilinin sözlərinə görə, bu qəza baş verər-verməzRusiyanın bəzi hakimiyyət dairələri və nümayəndəlikləri tərəfindənhadisə ətrafında informasiya dolaşıqlılığı yaratmağa cəhdgöstərildi:

“Əslində, bu cür davranışların özü qəzaya uğramış təyyarəyəqarşı müəyyən cinayət tərkibli hərəkətin törədilməsi ilə bağlışübhələr yaratdı. Bundan sonra Azərbaycanın qətiyyətli mövqeyi vətələbindən sonra hadisənin araşdırılma mərhələsi başladı. Amma çoxtəəssüf ki, ilkin rəsmi nəticələr elan olunmadan yenidən Rusiyadakımüxtəlif güc mərkəzləri tərəfindən Azərbaycana qarşı idarə olunanlokal informasiya hücumları başladıldı. Bu, bir daha onu göstərirki, bu cür aqressiv mövqenin arxasında nəyisə gizlətmək cəhdlərivar. Görünür, ilkin nəticələr də cinayət ehtimalını təsdiq etdiyinəgörə nəticələr rəsmiləşmədən indidən Azərbaycana qarşı müxtəlifmərkəzlər tərəfindən hücumlar təşkil edilir”.

Deputat qeyd edib ki, bəzi Rusiya rəsmiləri belə əldə olunanilkin nəticələrin dövriyyədə olan informasiyalarla uzlaşmadığınıiddia edirlər.

“Yəni az qalsın rəsmi səviyyədə obyektivliyə kölgə salırlar.Amma, şübhəsiz ki, Rusiya kimi böyük dövlətin davranışları beləolmamalıdır. Bu davranışlar 22 fevral 2022-ci ildə Rusiya vəAzərbaycan arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyətihaqqında Bəyannaməyə də ziddir. Rusiyadakı sağlam qüvvələrAzərbaycana qarşı informasiya hücumlarının qarşısını almalıdırlar,bu prosesin obyektiv şəkildə sona çatması üçün əllərindən gələnietməlidirlər. Əks təqdirdə, bu, Rusiya-Azərbaycan münasibətlərinəbərpa olunması çətin və çox uzun müddət tələb edən zərərlər verəbilər. Bu da nə Rusiya, nə də Azərbaycanın xeyrinədir”, - deyəH.Babaoğlu əlavə edib.

Seçilən
22
44
az.trend.az

10Mənbələr