AZ

Gürcüstana qanunsuz keçən Türkiyə vətəndaşları saxlanıldı

Gürcüstanın dövlət sərhədini qanunsuz keçən altı xarici ölkə vətəndaşı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, Türkiyə vətəndaşı 5 nəfəri "Sarpi" sərhəd-keçid məntəqəsindən idarə etdiyi yük maşınında Gürcüstana qanunsuz keçirib.

Türkiyə vətəndaşları məntəqə ərazisində saxlanılıblar.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 4 ildən 8 ilədək həbs cəzası gözləyir.


Müəllif: Cəmilə Babayeva
Seçilən
17
teleqraf.com

1Mənbələr