AZ

Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinin bank kartından 80 min manat oğurlanıb, cinayət işi başlanıb

Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

Bu barədə APA-ya DİN Mətbuat Xidmətindən bildirilib.

Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

“Kapital Bank”dan isə APA-ya bildirib ki, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinin dələduzluqla üzləşməsi ilə bağlı araşdırma başlanılıb.

"Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək”, - bankdan bildirilib.

Qeyd edək ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev ailənin bank kartından 80 min manat oğurlandığını bildirib.

Seçilən
8
10
apa.az

10Mənbələr