AZ

Canlı yayımda deputatın halı pisləşdi - VİDEO

Deputat Hikmət Babaoğlu canlı yayımı yarımçıq tərk edib.

Yenisabah.az xəbər verir ki, Milli Məclisin deputatı Hikmət Babaoğlunun Real TV-nin canlı yayımı zamanı səhhəti qəfildən pisləşib. O, qan təzyiqinin aşağı düşməsi səbəbindən verilişdən vaxtından əvvəl ayrılıb.

Deputat hadisədən sonra səhhəti ilə bağlı açıqlama verib:

"Bu gün efir zamanı halımın pisləşməsinə səbəb qan təzyiqimin aşağı düşməsi olub. Hazırda özümü yaxşı hiss edirəm. Diqqətiniz üçün minnətdaram”.

Hazırda Hikmət Babaoğlunun vəziyyəti yaxşıdır.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
3
yenisabah.az

1Mənbələr