Əmlak ekspertləri və realtorların bir çoxu ötən ilə nisbətən bu il mənzil, torpaq və fərdi yaşayış evlərinin qiymətlərində bahalaşmanın olacağını proqnozlaşdırır. Xüsusilə paytaxtın mərkəzi ərazilərində və şəhərəyaxın qəsəbələrdə əmlak qiymətlərində artım tendensiyası özünü daha çox göstərəcək.
Yenisabah.az satış saytlarında paytaxt ərazisində təklif olunan ən bahalı əmlakları araşdırıb. Hazırda daşınmaz əmlak bazarında ümumi qiymət artımı özünü göstərir ki, bu da ötən ilin son 2 rübündən bəri davam edir.
Hazırda Bakıda satılan ən bahalı evlərdən biri Səbail rayonu, Badamdar qəsəbəsində təklif olunur. 17 sot torpaq sahəsi üzərində tikilmiş, ümumi sahəsi 730 kvadratmetr olan, 7 otaqlı villanın satış dəyəri 5 milyon 950 min manatdır. Villanın daxili dizaynı və təmiri olduqca yüksək keyfiyyətlə hazırlanıb.
Digər bir elan Səbail rayonu, “İçərişəhər” metrostansiyası yaxınlığında yerləşir. Mənzil tipində olan əmlakın ümumi sahəsi 1400 kvadratmetr təşkil edən arxitektura layihəli, 22 otaqlı mənzil tikilinin 3-cü mərtəbəsindədir. Binaya giriş iki tərəflidir. Sənədi çıxarışdır. Satış dəyəri 5 milyon 100 min AZN-dir.
Qeyd edək ki, dəyəri “milyon manat” həddində olan daşınmaz əmlakların əksəriyyəti Bakının Səbail, Nəsimi, Yasamal, Nərimanov və Xətai rayonlarındadır.
Nazim Hacıyev
Telegram kanalımız