AZ

Hikmət Babaoğlunun canlı yayımda halı pisləşdi - Video

Bu gün Real TV-nin canlı yayımında “Sabaha Elnarə ilə” proqramında qonaq olan millət vəkili Hikmət Babaoğlunun vəziyyəti pisləşib.

“Qafqazinfo” xəbər verir ki, səhhətində problem yaranan deputat verilişi yarımçıq tərk etməli olub.

Belə ki, proqramda qonaq olan və müzakirələrdə iştirak edən H.Babaoğlu DİN Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyevin çıxışı zamanı özünü narahat hiss edib.

O, aparıcıya efiri tərk etmək itədiyini deyib və telekanal əməkdaşlarının köməyilə studiyadan çıxarılıb.

Real TV-dən bildirilib ki, bir qədər sonra deputatın vəziyyəti yaxşılaşıb. Halının pisləşməsinə səbəb isə efir zamanı qan şəkərinin düşməsi olub. Hazırda Hikmət Babaoğlunun vəziyyəti yaxşıdır və o, öz evinə gedib.

Qeyd edək ki, 59 yaşlı Hikmət Babaoğlu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür.

Seçilən
0
3
qafqazinfo.az

4Mənbələr