AZ

Türkiyə XİN başçısı: Qəzzada 15 aydır davam edən qətliamın dayanması önəmlidir

Qəzzada 15 aydır davam edən qətliamın dayanması önəmlidir.


APA-nın xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Hakan Fidan deyib ki, Qəzzada qətliamlar beynəlxalq qurumlara etimadın sarsılmasına səbəb oldu: “Ümid edirik ki, Qəzzada atəşkəs davam edəcək, humanitar yardımlar çatdırılacaq. Qəzzalıların evlərinə dönməsi vacibdir, söhbət evlərindən çıxmağa məcöur olmuş 2 milyon insandan gedir. Bu istiqamətdə Türkiyə digər dövlətlərlə birgə əlindən gələni etməyə hazırdır. Türkiyə iki dövlətli həll yolunu dəstəkləyir”.

O qeyd edib ki, iki dövlətli həllin təmini vacibdir və Türkiyə bu məsələdə əlindən gələni etməyə davam edəcək.

Tural Əsədov
Ramiz Mikayıloğlu

Seçilən
5
2
apa.az

3Mənbələr