AZ

Trampın qayıdışı ərəfəsində İsrail İrana hücum playır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir sıra Avropa rəsmiləri son aylar Yaxın Şərqdə baş verən hadisələr fonunda İsrailin İrana hücum etmək qərarı verdiyinə inanırlar.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanlı adı açıqlanmayan avropalı diplomata istinadən xəbər verib.
Bildirilir ki, avropalı diplomatlar Donald Trampın Ağ Evə qayıtması ərəfəsində İranın nüvə obyektlərinə hərbi hücum riskini minimuma endirmək yolunu araşdırırlar.
Mənbə İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu qaçılmaz hesab etməsə də, bir neçə Avropa ölkəsinin İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq üçün diplomatiya və ya digər fürsətlərin olub-olmadığını araşdırmaq məqsədilə Tramp komandası ilə danışıqlara başladığını bildirib.
Seçilən
14
47
oxu.az

10Mənbələr