AZ

FCSB-nin baş məşqçisi “Qarabağ”la oyundan danışdı

Rumıniyanın FCSB klubunun baş məşqçisi Elias Xaralambus UEFA Avropa Liqasında gələn həftə qarşılaşacaqları “Qarabağ”la bağlı fikirlərini bildirib. 

Fanat.Az xəbər verir ki, "Sport.ro" 44 yaşlı kiprli mütəxəssisin matçla bağlı dediklərini belə çatdırıb:

“Bütün diqqətimizi yanvarın 23-də "Qarabağ"la keçirəcəyimiz oyuna yönəltməliyik. Avropada bütün oyunlar çətindir. Rəqibimiz yaxşı və yetərincə avrokubok təcrübəsi olan komandadır. Sübut etmişik ki, uğur qazana bilərik. Qarşıdakı matçlarda xallar toplamalıyıq ki, ən yaxşı 8 komanda sırasına düşək. “Hermannştad”la matda (1:1) olduğu kimi qol imkanlarını əldən vermək olmaz”.

Qeyd edək ki, Avroliqada 6 turdan sonra FCSB 11 xalla 10-cu, “Qarabağ” isə 3 xalla 33-cü yerdədir.

Seçilən
31
fanat.az

1Mənbələr