AZ

“Ailə tərbiyəsi görməyən şou adamları efirə çıxarılmamalıdır” - Sərt tənqid

“Ailə tərbiyəsi görməyən şou adamları efirə çıxarılmamalıdır”.

Bu sözləri tanınmış teletənqidçi, BDU-nun “Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli deyib. O, bu fikirləri ilə bağlı feysbukda daha bir status yazıb:

“Təbii ki, şou-biznesdə də tamaşaçıya və özünə hörmət edən, rəğbətə layiq insanlar vardır, amma bunun əksi olanlar daha çoxdur. Biz məhz ictimai əxlaqı zədələyən o kəslərə qarşıyıq. Bu, birmənalı belədir və təəssüf ki, belə yanaşmaya görə bəzən bir para cahillər adama hücum da edir. Amma elə dəyərlər var ki onu hamımız qorumalıyıq”.

Seçilən
16
show.az

1Mənbələr