"Beşiktaş" qapıçısı Mert Günokla müqavilə müddətini uzadıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı qolkiperin yeni sözləşməsi 2+1 illikdir.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Mert Günok 2021-ci ildən "Beşiktaş"da çıxış edir.