Türkiyə bazarlarına gerçək qızıldan ayırd etmək çətin olan saxta qızıllar buraxılıb.
"Milli.Az xəbər verir ki, CNN Türk-ə istinadən verdiyi məlumata görə, bu yeni növ saxta qızıllar ictimaiyyət arasında ciddi narahatlığa səbəb olub.
Qızıl və pul bazarları üzrə türkiyəli ekspert İsam Memişin fikrincə, bu saxta metalın yayılmasının əsas səbəbi yayda qızılın qiymətində baş verən kəskin dəyişikliklərdir.
O bildirib ki, dələduzlar saxta emalatxanalar və zərgərlik mağazaları açaraq bazara aşağı keyfiyyətli və ya tamamilə saxta məhsullar çıxarırlar. Saxta qızıllar əsasən internet üzərindən satışa çıxarılır və alıcıları aldatmaq üçün olduqca peşəkar texnologiyalardan istifadə edilir.
Ekspertlər alıcılara qızıl alarkən rəsmi və etibarlı mənbələrə müraciət etməyi tövsiyə edirlər.
Milli.Az