AZ

Bank rəhbərləri bunu bonuslarını artırmaq üçün edirlər - ekspertdən ŞOK İDDİA

Bank rəhbərləri bunu bonuslarını artırmaq üçün edirlər - ekspertdən ŞOK İDDİA

Milli Qəhrəman Hökumə Əliyevanın atasına məxsus kartdan böyük məbləğdə pulun oğurlanması geniş müzakirə mövzusuna çevrilib. Həmin vəsait geri qaytarılsa da, yaranan narahatlıq davam edir. Ekspertlər və bank müştəriləri bu cür halların daha çox "KapitalBank"a məxsus kartlarda baş verdiyini deyirlər. Hüquqşünas Əkrəm Həsənov da eyni fikirdədir. "Bir neçə ildir ki, “KapitalBank”ın bu və ya digər əməkdaşı mənə təkidlə zəng vuraraq (hətta bezdirərək) müştəriləri olmağı təklif edir. Hər dəfə də imtina edirəm (yalnız həyat yoldaşımın istifadəsində olan xırda məbləğli kart var, onu da gedib bağlatdıracağam) - deyə Ə.Həsənov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, buna əsaslı səbəbi var: "Çünki elə həftə yoxdur ki, bu bankın hansısa bədbəxt müştərisi mənə müraciət etməsin ki, hesabından (kartından) pul çəkiblər. Belə müraciətlərdə Azərbaycan Beynəlxalq Bankının müştəriləri də ikinci yerdədir. Orada nəinki kartdan pul çəkirlər, hətta necəsə müştəridən xəbərsiz adına kredit də götürürlər. Bu barədə ayrıca yazacağam.26 dekabr tarixində Mərkəzi Bankın sədri ilə görüşdə də bu problemi qaldırmışam və demişəm ki, bu problem əsasən iri (sistem əhəmiyyətli) banklardadır. O da məsələnin nəzarətdə olduğunu bildirərək qeyd etdi ki, iri bankların əməliyyatları çox olduğu üçün belə problemlərin də sayı təbii çoxdur. Lakin məsələ yalnız bunda deyil. Bir sıra orta və kiçik banklar var ki, onlarda belə problemlər olmur. İri bankların əsas problemi odur ki, acgözdürlər, inhisara meyllidirilər, o qədər müştəri cəlb edirlər ki, nəticədə həcmi həzm edə bilmirlər, normal təhlükəsizlik sistemi qura bilmirlər, kadr potensialları olduqca zəifdir və s." Ə.Həsənovun sözlərinə görə, bu cür bankların rəhbərləri maaşdan əlavə yüksək mükafatlar (bonuslar) alırlar, ona görə də xərcləri azaltmaq üçün əllərindən gələni edirlər: "Sıravi işçilərə az maaş verirlər, İT, təhlükəsizlik və digər sahələrə xərcləri kəsirlər. İlin sonunda bankın gəlirinin xərcindən xeyli çox olması üçün hər şey edirlər ki, mükafatlarının məbləği də yüz minlərlə ölçülən rəqəmlər olsun, çünki mükafatları mənfəətə bağlıdır. Nəticədə bu banklarda xidmətin keyfiyyəti və təhlükəsizlik səviyyəsi aşağıdır. Bu da onları narahat etmir. Çünki inzibati resursdan istifadə edərək onsuz da geniş müştəri və maliyyə mənbələrinə malikdirlər, digər tərəfdən, onların bağlanma ehtimalı olmadığı üçün sahibkarlar da hesablarını orada saxlayır, çünki bilirlər ki, bank bağlandısa, Əmanətlərin Sığortlanması Fondu oradan onlara heç nə verməyəcək, olan-qalan pulun da başına daş salacaq. İşləri məhkəməyə düşəndə də eyni qayda ilə bütün problemlərini həll edirlər. Özləri şikayətçi olduqda isə çox zaman heç məhkəməyə də müraciət etmirlər. Hüquq-mühafizə orqanları kollektor və sillə vuran qismində həmişə qulluqlarında hazırdır".Jurnalist Pərviz Həşimli bildirib ki, "KapitalBank" kartından pul oğurlanıb və elə həmin kartdan onlayn kredit də çəkilib: "Başqa zaman gedib kredit istəyəndə 100 adama zəng edirlər, nömrələr alırlar. İndi isə deyirlər ki, krediti ödə. "KapitalBank" biabırçı durumdadır".Digər sosial şəbəkə istifadəçiləri də ölkədəki bankların fəaliyyətində ciddi boşluqlar olduğunu deyiblər. Bütün rəylərlə tanışlıqdan sonra "KapitalBank" və Azərbaycan Beynəlxalq Bankının (ABB) müştərilərə ən çox problem yaşadan banklar olduğu təəssüratı yaranır.

Seçilən
7
afn.az

1Mənbələr