AZ

Azərbaycana da gəlib çatdı

Bu gün Azərbaycanda 1 nəfərdə meymunçiçəyi xəstəliyinin aşkarlanması ilə bağlı rəsmi məlumat yayılıb.

Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 22 yaşlı şəxsin bu il 2-11 yanvar tarixlərində xarici ölkəyə turistik səfər etdiyi, oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etdiyi bildirilir. 

Laborator müayinələrdən sonra meymunçiçəyi virusuna yoluxduğu təsdiqlənən şəxs hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır. Məlumatda, həmçinin şəxsin ailə üzvlərində xəstəlik əlamətlərinin olmadığı açıqlanıb. 

Qeyd edək ki, səhiyyə təşkilatları artıq ABŞ, Kanada, Avstraliya, İspaniya, Portuqaliya, Böyük Britaniya və bir sıra digər ölkələrdə bildirilmiş meymunçiçəyi halları barədə məlumat veriblər.

Seçilən
15
buta.media

1Mənbələr