Bakı. Trend:
İmişlidə ölümlə nəticələnən qəza ilə bağlı cinayət işibaşlanıb.
Trend xəbərverir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatındadeyilir.
Bildirilib ki, yanvarın 18-də, saat 12:30 radələrində İmişlişəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisiavtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyathadisəsinin baş verməsi barədə rayon prokurorluğuna məlumat daxilolub.
Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarıqaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəbolduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaqaparılır.
Qeyd edək ki, DİN-in məlumatına görə, xidmətə gedən DYPavtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxmasınəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanayaçatdırılıb.
Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluqorqanlarında araşdırma aparılır.