Ötən il iyulun 26-dan avqustun 11-dək Fransada keçirilən Paris 2024 Olimpiya Oyunları zamanı təqdim edilən 100-dən çox medal idmançılar tərəfindən qüsurlu olduğu əsas gətirilərək geri qaytarılıb.“La Lettre” qəzetinin yazdığına görə, Paris 2024 Olimpiya Oyunları zamanı verilən medallarda deformasiya olub.Qüsurlu 100-dən çox medal Olimpiya Oyunlarından cəmi dörd ay sonra narazı idmançılar tərəfindən Fransa zərbxanasına "Monnaie de Paris"ə qaytarılıb.Bu vəziyyətdən sonra "Monnaie de Paris" istehsal və keyfiyyətə cavabdeh olan 3 meneceri ilə yollarını ayırıb və hələ də hadisəyə texniki həll tapmayıb.Qüsurlu medalların lakında keyfiyyət problemi yaranıb. Amerikalı skeytbordçu Nyjah Huston Olimpiadada mükafatı aldıqdan 10 gün sonra avqustun 2-də sosial şəbəkədəki paylaşımı ilə medalının pis vəziyyətdə olduğunu göstərib.Fransız üzgüçü Maksim Grousset də medalını aldıqdan cəmi beş gün sonra avqustun 9-da eyni problemlə qarşılaşıb.Paris 2024 Olimpiya Oyunlarında iştirak edən fransalı üzgüçülər Yohann Ndoye-Brouard və Clement Secçi də sosial şəbəkədə xarab olmuş, üzərində çatlaq olan medallarının fotolarını paylaşıblar."Monnaie de Paris"in medalların istehsalında istifadə etdiyi yeni məhsulların bu problemə səbəb ola biləcəyi düşünülür.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta