AZ

BAAU-da 20 Yanvarla bağlı anım tədbiri keçirildi - Fotolar

Bakı Avrasiya Universitetində (BAAU) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə BAAU-nun akademik-inzibati heyət üzvləri və tələbələr iştirak ediblər.

Anım tədbirindən öncə universitetin rəhbərliyi, professor- müəllim heyəti və tələbələri 20 Yanvar faciəsinin qurbanlarını anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarət zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, onların əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Ziyarətin ardından universitetdə keçirilən anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahomova tərəfindən edilən açılış nitqi ilə başlayıb. O, faciənin xatirəsinin həmişə xatırlanması və onun necə gələcək nəsilə ötürülməsi vacib olduğunu vurğulayıb. G.İbrahimova 20 Yanvar faciəsinin geniş ictimaiyyətə düzgün şəkildə təqdim edilməsi və bu tarixi hadisənin milli şüurun formalaşmasına necə kömək etdiyini də qeyd edərək, gənclərin tarixi haqqında məlumatlanmağa daha çox maraq göstərmələrini tövsiyə etmişdir. Prorektor çıxışında 20 Yanvar hadisələrinin bu il 35-ci ildönümünün qeyd edildiyini, lakin bu ildönümünün artıq 5 ildir tamamilə fərqli bir mövqedən anıldığını vurğulayıb. O qeyd edib ki, 2020-ci ildə əldə edilən tarixi Qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib və şəhidlərimizin ruhu şad olub.

Sonra BAAU-nun Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın milli iradəsinin və azadlıq uğrunda mübarizəsinin ən parlaq nümunələrindən biri olduğunu bildirib. O, vurğulayıb ki, bu tarix həm hüzn, həm də xalqımızın birliyini və mübarizə ruhunu əks etdirən şərəfli bir səhifədir. Dekan gələcək nəsillərin bu tarixi dərindən öyrənməsinin vacibliyini vurğulayaraq şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin hər birimizin mənəvi borcu olduğunu bildirib.

Daha sonra 20 Yanvar faciəsinin Azərbaycanın müasir tarixindəki əhəmiyyəti və bu hadisənin xalqımızın müstəqillik mübarizəsinə verdiyi təsiri ilə bağlı çıxışlar edilib. Çıxışlarda 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin simvoluna çevrildiyini, bu faciənin ölkəmizin tarixində unudulmaz bir dönəm olduğunu qeyd ediblər. Çıxışçılar həmçinin, 20 Yanvar hadisələrinin xarici mətbuatda necə işıqlandırıldığına da toxunaraq, bu hadisənin dünya miqyasında nə dərəcədə tanındığını barədə məlumat verilib.

Çıxışlarda 20 Yanvarın xalqımızın yaddaşında əbədi olaraq qalması və bu hadisənin gələcək nəsillərə çatdırılması məsələləri də xüsusi önəm daşıyıb. Həmçinin, bu faciənin yalnız bir qanlı hadisə olmaqdan çıxıb, Azərbaycanın müstəqillik arzularını daha da gücləndirən bir simvola çevrildiyi ifadə edilib

İştirakçılar tərəfindən maraqla qarşılanan tədbir müzakirələrlə davam edib.












Seçilən
10
qafqazinfo.az

1Mənbələr