AZ

Azərbaycan ilə Ruanda XİN arasında siyasi məsləhətləşmələrin ilk iclası təşkil olunub

Bakı. Trend:

17 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası xariciişlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə AzərbaycanRespublikasının hökumət missiyası Ruanda Respublikasında səfərdəolub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər zamanı nümayəndəheyətinin Ruanda Respublikasının maliyyə və iqtisadi planlaşdırmaüzrə dövlət naziri xanım Mutesi Rusagara, kənd təsərrüfatı vəheyvan resursları naziri cənab Mark Cyubahiro Bagabe, informasiyatexnologiyaları və innovasiyalar naziri xanım Paula İngabire ilə,eləcə də Ruanda İnkişaf Şurasının və Mədən, Neft və Qaz Şurasınınrəhbərləri ilə görüşləri keçirilib, Ruanda Sahibkarlarınınİnkubasiya Mərkəzinin fəaliyyəti ilə tanışlıq səfəri olub.

Keçirilmiş görüşlər zamanı, Ruanda Prezidenti cənab PaulKagamenin Bakıda keçirilmiş COP29-un Liderlər Sammitində AzərbaycanRespublikası Prezidenti İlham Əliyev tərəfindən qəbulu zamanıaparılmış müzakirələrin iki ölkə arasında əməkdaşlığın inkişafıüçün yeni imkanlar yaratdığı, Heydər Əliyev Fondununvitse-prezidenti Leyla Əliyevanın 2024-cü ilin dekabr ayındaRuandaya səfəri çərçivəsində Fondun dəstəyi ilə burada həyatakeçirilən təhsil və mədəniyyət sahəsindəki layihələrə görə təşəkküredilib.

Müzakirələr zamanı ticarət, sərmayə, mədənçilik, neft-qaz, kəndtəsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq üçun genişimkanların olduğu qeyd olunub, qarşılıqlı maraq doğuran sahələrdəbirgə işçi qruplarının yaradılması və qarşılıqlı biznesmissiyalarının həyata keçirilməsinə razılıq ifadə olunub. Ruandatərəfinin vətəndaşlara xidmət mərkəzlərinin məhz Azərbaycanın busahədə uğurlu layihəsi olan "ASAN xidmət" konsepsiyası əsasındatəsis edilməsinə göstərdiyi maraq yüksək qiymətləndirilib.

Səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Xariciİşlər Nazirliyi ilə Ruanda Respublikasının Xarici İşlər vəBeynəlxalq Əməkdaşlıq Nazirliyi arasında nazir müavinlərisəviyyəsində siyasi məsləhətləşmələrin ilk iclası təşkilolunub.

Siyasi məsləhətləşmələr zamanı ikitətəfli siyasi və iqtisadiməsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarçərçivəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.Siyasi məsləhətləşmələrin ikitərəfli əlaqələrin inkişafı vəəlaqələndirilməsi baxımından vacib olduğu vurğulanaraq, onuniclaslarının mütəmadi əsasda təşkil edilməsi qərara alınıb.

Səfər zamanı Yalçın Rəfiyev Kiqali Soyqırımı Memorialını ziyarətedib, kütləvi qətliamın qurbanlarının xatirəsinə ehtiram əlamətiolaraq Memoriala əklil qoyub, xatirə kitabına ürək sözləriniyazıb.

Hökumət missiyasına Azərbaycan Respublikasının İqtisadiyyat,Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan RespublikasınınPrezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrəDövlət Agentliyi, AZPROMO və Azərbaycan İnvestisiya Holdinqinümayəndələri daxil olub.

Seçilən
30
18
az.trend.az

5Mənbələr