Təl-Əvivdə bıçaqlı hücum nəticəsində bir neçə nəfər yaralanıb.Bu barədə “The Jerusalem Post” məlumat yayıb."Bir nəfər ağır bıçaq xəsarətləri alıb və xəstəxanaya aparılıb", - məlumatda deyilir.Hadisə Təl-Əvivin mərkəzinin çoxlu bar və restoranların cəmləşdiyi Levontin küçəsində baş verib. Qeyd olunur ki, yerli polis hadisəni terror aktı kimi tövsif edib. Polis araşdırma aparmaq üçün hadisə yerini mühasirəyə alıb.Nəşrin məlumatına görə, hücum edən şəxs daha sonra yoldan keçən bir şəxs tərəfindən vurulub. İsrailin təcili yardım xidmətinin nümayəndələri xəstəxanaya təxminən 30 yaşlı yaralının daxil olduğunu bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta