AZ

Berbok Şoltsla şəkil çəkdirməkdən imtina etdi

Berbok

Almaniyanın xarici işlər naziri Annalena Brrbok kansler Olaf Şoltsla şəkil çəkdirməkdən imtina edərək kabinet iclasını tərk edib. Buna səbəb sonuncunun Ukraynaya yeni yardım paketini əngəlləmək qərarıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Məqalədə Şoltsun nazirin otaqdan çıxmasına mane olmağa çalışdığı, lakin buna nail ola bilmədiyini göstərən foto yer alıb.

Bildirilib ki, Berbok və Almaniya müdafiə naziri 2024-cü ilin noyabrında hakim koalisiyanın dağılmasından sonra Kiyevə 3 milyard avroluq hərbi yardımın yeni tranşı üzərində işləməyə başlayıblar. Lakin Şolts buna mane olub.

Seçilən
7
6
xalqcebhesi.az

8Mənbələr