AZ

Milli Qəhrəmanın atasından pul oğurlayan şəxs həbs edildi – Yenilənib


Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, DİN-in Baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb:
“Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

***14:31
Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə  DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
Seçilən
8
49
yeniavaz.com

10Mənbələr