AZ

Hökümənin atasının oğurlanan pulunu “Kapital Bank” öz hesabına ödəyib?

“Kapital Bank”dan oğurlanan Milli Qəhrəman Hökumə Əliyevanın vəfat pulu artıq geri qaytarılıb və şübhəli şəxslər müəyyən olunub. Həqiqətənmi əməli törədənlər müəyyən olunub və pul məhz onlardan geri alınıb, yoxsa bank elə öz hesabına pulu tez ödəyib. Bu, böyük sualdır. Çünki bu kimi işlərdə heç vaxt cinayətkarlar tapılmır və pul geri qaytarılmır. Odur ki, gözləyək görək əməli törədənlərin kimliyi ictimaiyyətə açıqlanacaqmı, onlar məsuliyyətə cəlb olunacaqmı! Olunacaqsa, suala yaranacaq ki, bəs niyə digər bu kimi hallar üzrə hüquq-mühafizə orqanları belə cəldlik və peşəkarlıq nümayiş etdirmir? Yox, əgər əməli törədənlər ictimaiyyətə bəlli edilməyəcəksə, deməli, sadəcə, bank qalmaqalı aradan qaldırmaq üçün oğurlanan pulu öz hesabına ödəyib...

 

”Bakuinfo” pravda.az-a istinadən xəbər verir ki,  bunu ekspert Əkrəm Həsənov bildirib.

 

Onun sözlərinə görə, Hökumə Əliyeva vəfatından sonra belə xalq üçün böyük iş görüb: "Bu kimi oğurluq halları üzrə banklar və konkret bu halların kralı olan “Kapital Bank”ı (və ola bilər ki, hətta hüquq-mühafizə orqanları) tədbir görməyə, pulu qaytarmağa məcbur edildi. Bu, vacib presedentdir və digər bank müştəriləri bundan yararlana bilər. Allah Hökumə xanıma rəhmət eləsin!"

Seçilən
7
2
bakuinfo.net

3Mənbələr