AZ

Kiyev Trampı inandırıb: Rusiya ilə danışıqlara tez başlamaq cəhdi Ukrayna üçün ölümcül ola bilər

Rəsmi Kiyev ABŞ-nin yeni seçilmiş prezidenti, Respublikaçıların lideri Donald Trampı inandırıb ki, Rusiya ilə danışıqlara çox tez başlamaq cəhdi Ukrayna üçün ölümcül ola bilər.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i yazıb.

Bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəni Trampa izah edib.

Zelenskinin fikrincə, əvvəlcə Rusiya zəiflədilməli, yalnız bundan sonra dialoq başlanmalıdır

“Tramp artıq “24 saat ərzində sülh” haqqında danışmağı dayandırsa da, komandası hələ də 100 gün və ya bir neçə aydan sonra sülh vəd edir. Müharibənin bitmə vaxtını dəqiq müəyyən etmək cəhdləri Kiyevdə narahatlıq yaradır”, - KİV bildirib.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixoylo Podolyak məsələ ilə bağlı bildirib ki, Kiyev sadə və tez qərarlar qəbul edə bilməz: “Təşəbbüs bizdə olmalıdır”.

Rəsmiləri bildirirlər ki, Rusiya ordusu Donbasda tədricən irəliləyərkən Ukrayna öz əsas strategiyasını cəbhə xəttindən xeyli geridə həyata keçirir. Söhbət Ukrayna pilotsuz təyyarələrinin Rusiya hərbi-sənaye kompleksinin və neft emalı sənayesinin əsas obyektlərinə uzun mənzilli zərbələrdən gedir.

Seçilən
9
1
report.az

10Mənbələr