“Arsenal” “RB Leypziq”in hücumçusu Benjamin Şeşkonu almaq variantını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, 21 yaşlı futbolçunun transferinin London klubuna 70 milyon funt-sterlinqə (82 milyon avro) başa gələ biləcəyi bildirilir.
Bu barədə “The Sun” məlumat yayıb. Mənbənin məlumatına görə, “topçular”ın sloveniyalı futbolçuya olan marağı Qabriel Jezusun ciddi zədəsi fonunda artırıb. London klubunun Şeşkonu icarəyə götürmək imkanını da nəzərdən keçirdiyi vurğulanır.