“Zirə”nin kapitanı Qismət Alıyev Azərbaycan Premyer Liqasında 200-cü oyununa çıxıb.
QOL.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının 19-cu turunda ötən gün “Araz-Naxçıvan”la keçirilən matça təsadüf edib.
Azərbaycan millisinin də üzvü olan 28 yaşlı yarımmüdafiəçi 200 oyunu iki komandanın heyətində keçirib. 2015-2020-ci illərdə "Qəbələ"də oynayan futbolçu 2020-ci ildən "Zirə"də çıxış edir.