Abdolbari Gozal Dubayda dəfn olunacaq
Ötən gün vəfat edən “Azərsun Holding”in prezidenti, “Qarabağ”ın fəxri prezidenti Abdolbari Gozalın dəfn yeri bəlli olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, 76 yaşında Dubayda dünyasını dəyişən tanınmış iş adamının dəfn mərasimi də elə bu şəhərdə təşkil olunacaq.
Qeyd olunub ki, mərhumun dəfn mərasimi bu gün sübh namazından sonra planlaşdırılmışdı.
Abdolbari Gozalin Bakıda da yas mərasimləri nəzərdə tutulub.