AZ

Kriştiano Ronaldo, üç ispaniyalı, iki italiyalı və Messi

IFFHS avrokuboklarda ən çox oyun keçirmiş futbolçuların siyahısını açıqlayıb.

İdman.biz xəbər verir ki, 2002-2022-ci illər ərzində Avropa turnirlərində ümumilikdə 197 oyun keçirmiş Kriştiano Ronaldo bu göstəricidə liderdir.

Siyahıda portuqaliyalı forvarddan sonra ispaniyalı futbolçular qərarlaşıb: Pepe Reyna 192, İker Kasilyas 186, Xavi isə 173 oyun keçiriblər.

Daha sonra italiyalı futbolçular gəlir: Paolo Maldininin avrokuboklarda 168, Canluici Buffon isə 167 qarşılaşmada iştirak edib.

Argentinalı Lionel Messinin hesabında da 167 oyun var.

İdman.biz

Seçilən
35
idman.biz

1Mənbələr