Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən güclü 100 futbol liqasının siyahısını dərc edib.
Arena.az xəbər verir ki, cədvəl 2024-cü ilin yekununa əsasən hazırlanıb.
Azərbaycan Premyer Liqası 2023-cü illə müqayisədə cədvəldə 4 pillə irəliləyib. Çempionatımız 434,25 əmsalla planetin 36-cı yerinə yüksəlib.
Azərbaycan Premyer Liqası bu göstərici ilə Avropada 22-ci, keçmiş SSRİ ölkələri arasında isə 1-ci sıradadır.
Siyahıya aktivində 1992 əmsal olan İtaliya A Seriyası başçılıq edir. İspaniya La Liqası 2-ci (1885 əmsal), İngiltərə Premyer Liqası isə 3-cü sırada (1871) qərarlaşır.
Türkiyə Super Liqası 968 xalla 1 pillə irəliləyərək 11-cidir.
IFFHS reytinqinin ilk 50 pilləsində qərarlaşmış çempionatların siyahısını təqdim edirik:
- İtaliya – 1992
- İspaniya – 1885
- İngiltərə – 1871
- Braziliya – 1859
- Almaniya – 1606
- Argentina – 1184
- Portuqaliiya – 1170
- Fransa – 1125
- Belçika – 1095,5
- Niderland – 1015
- Türkiyə – 968
- Kolumbiya – 914,5
- Yunanıstan – 772,5
- Çexiya – 723,5
- Uruqvay – 697,75
- Misir – 694,5
- Paraqvay – 643
- Meksika – 606,5
- Şotlandiya – 603
- Yaponiya – 565,5
- Səudiyyə Ərəbistanı – 563,75
- Xorvatiya – 562,5
- Ekvador – 561
- Çili – 560,5
- Avstriya – 560
- Rumıniya – 545
- Kipr – 538,5
- İsrail – 526,5
- Norveç – 500
- Danimarka – 496
- İsveçrə – 495
- Cənubi Koreya – 486
- Kosta Rika – 474
- Mərakeş – 459,5
- Serbiya – 452,25
- Azərbaycan – 434,25
- Polşa – 427,75
- Ukrayna – 427,5
- Bolqarıstan – 425,75
- Boliviya – 422,75
- İsveç – 411
- Peru – 394
- Şimali İrlandiya – 366
- Sloveniya – 356
- Əlcəzair – 347
- Ermənistan – 346
- Macarıstan – 337
- Latviya – 334
- ABŞ – 317
- Bosniya və Herseqovina – 305