FIFA Panama Futbol Federasiyasının (FPF) prezidenti Manuel Ariası vəzifəsinin icrasından uzaqlaşdırıb.
Apasport.az xəbər verir ki, buna səbəb onun qadınlardan ibarət milli komandanın futbolçusunu təhqir etməsi olub.
Federasiya rəhbəri altı ay müddətinə diskvalifikasiya olunub və təxminən 11 min dollar məbləğində cərimələnib.
Ötən ilin martında yarımmüdafiəçi Marta Koks Panama qadın futbol liqasını tənqid edib. Bundan sonra Panama Futbol Federasiyasının prezidenti müsahibəsində onu kök adlandırıb.
Federasiyanın açıqlamasında bildirilir ki, Manuel Arias idmançıdan üzr istəyib və ciddi səhvə yol verdiyini etiraf edib.
Londonda 4 qol vuruldu, qalib müəyyənləşmədi
Super Liqa: “Beşiktaş”dan xal itkisi, “Başakşəhər”dən qələbə
A Seriyası: “Yuventus” “Milan”ı məğlub etdi
İtaliyalı mütəxəssis karyerasını bitirəcək
Dursun Özbek əməliyyat olundu