Bakı, TurkicWorld
Akkuyuda birinci nüvə reaktoru 90 faiz hazırdır.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.
Məlumata əsasən Bayraktar, bu il sınaq istehsalı çərçivəsində ilk elektrik enerjisinin Akkuyu Atom Elektrik Stansiyasının ilk reaktorundan istehsal ediləcəyini bildirib.
Qeyd edək ki Alparslan Bayraktar, Sinop səfəri çərçivəsində Sinop İnceburunda yeni atom elektrik stansiyasının tikiləcəyi əraziyə baxış keçirdikdən sonra Sinop Universiteti Mühəndislik və Memarlıq Fakültəsinin tələbələri ilə görüşüb. O bildirib ki, Türkiyə AES-də işləməklə yanaşı, həm də kadr hazırlayır.