"Vulverhempton"un cinah müdafiəçisi Rayan Ait-Nuri karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Fanat.Az "The Independent"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 23 yaşlı əlcəzairli futbolçunu bu qış heyətə qatmaq istəyirlər.
Mənbə MY-nin baş məşqçisi Ruben Amorimin Ait-Nurinin transferində şəxsən maraqlı olduğunu vurğulayıb.
Qeyd edək ki, sözügedən futbolçunun "canavarlar"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. O, cari mövsüm 22 matça çıxaraq 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.