Bakıda güləş üzrə milli komandalarımız təlim-məşq toplanışına başlayıb.
Offsideplus.az xəbər verir ki, sərbəst güləşçilərdən ibarət heyətin bir hissəsi bu gün Dağıstana yollanacaq. Təlim-məşq toplanışında iştirak edən güləşçimiz Ağanəzər Novruzov suallarımızı cavablandırıb.
Təlim-məşq haqqında danışan güləşçimiz məşqlərin yaxşı keçdiyini deyib: "Məşqlərimiz yaxşı keçir. Əlimizdən gələn qədər yaxşı hazırlaşırıq ki, turnirlərdə qalib gələk, yaxşı nəticələr göstərək".
Hədəfləri ilə bağlı suala isə Ağanəzər belə cavab verib: "Hədəfim qatıldığım turnirlərdə çempion olmaqdır. Əsas hədəfim isə dünya və avropa çempionluğudur".