AZ

“Baku Fire” iki braziliyalı futzalçı gətirdi

Yüksək Liqada qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanan “Baku Fire” “transfer pəncərəsi”ndən maksimum istifadə etməyə çalışır.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Paytaxt klubu bu dəfə iki braziliyalı futzalçı ilə anlaşıb. Paulo Enrike Alves de Souza və Enrike Suares Gimarayns yaya qədər karyerasını Azərbaycan klubunda davam etdirəcək. 22 yaşlı futzalçılardan Paulo hücumçu, Gimarayns isə müdafiəçidir. Birinci vətənində AABB, digər “ADİ İndaiatuba” klubunda çıxış edirdi. Əvəzində Amadeu komandadan ayrılıb. O, karyerasını Braziliyanın “Marreko” klubunda davam etdirəcək.

Xatırladaq ki, “Baku Fire” Yüksək Liqanın cari mövsümündə keçirdiyi 8 oyundan 22 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

Seçilən
20
arena.az

1Mənbələr