Demokrat.az xəbər verir ki, İsrail ilə Həmas arasında əldə edilən atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra humanitar yardım yük maşınları Misir tərəfdən Rəfah sərhəd-keçid məntəqəsindən Qəzza zolağına daxil olmağa başladı.
Misirin "Əl-Qahirə əl-İhbariyyə" kanalı xəbər verir ki, Rəfah sərhəd-keçid məntəqəsində gözləyən humanitar yardım yüklü maşınlar artıq Qəzza zolağına keçid edib.
Fələstin mənbələri isə bildirib ki, Kərəm Əbu Salim sərhəd-keçid məntəqəsinə çatan 95 yük maşını atəşkəsin qüvvəyə minməsini gözləyirdi.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Tikinti Agentliyi (UNRWA) tərəfindən göndərilən 4 min yük maşını dolusu humanitar yardımın da Qəzzaya daxil olmaq üçün hazır vəziyyətdə gözlədiyi qeyd olunub.
Qeyd edək ki, Həmas və İsrail arasında əldə edilən atəşkəs və əsir mübadiləsi razılaşmasının Bakı vaxtı ilə saat 12:30-da qüvvəyə minməsi gözlənilirdi. Tel-Əviv rəhbərliyi isə "təqdim ediləcək 3 əsirin adı açıqlanana qədər" atəşkəsin qüvvəyə minməyəcəyini bəyan etmişdi.
10Mənbələr
-
newscenter.azTrampın Yaxın Şərqdəki sülh planı ( 15159969)
-
redaktor.azTrampın fələstinlilərlə bağlı təklifi qəbul ediləcək? - Politoloq açıqladı ( 15074383)
-
onn.azİsraillə müharibədən sonra dağılmış Qəzzadan GÖRÜNTÜLƏR ( 15012783)
-
bolge.tvİsraillə müharibədən sonra dağılmış Qəzzadan GÖRÜNTÜLƏR ( 15012777)
-
reyting.azAnkara İsraillə barışığa gedir - Yəhudi dövləti əlini uzadacaqmı? ( 14978247)
-
demokrat.azAtəşkəsdən sonra Qəzzaya humanitar yardımlar yola düşdü ( 14896511)
-
turkustan.azAtəşkəsdən sonra yenidənqurma prosesində Qəzzanı böyük sınaq gözləyir ( 14885121)
-
cebheinfo.azQəzzadan ilk girovlar yanvarın 19-da azad edilə bilər ( 14883009)
-
far.azİsrail Müdafiə Qüvvələri yanvarın 19-da səhər Qəzzadan girovların qəbuluna hazırlaşır ( 14882587)
-
manset.azİsrail Müdafiə Qüvvələri Qəzzadan girovların qəbuluna hazırlaşır ( 14882401)