AZ

Mask "məhv olmuş" platformanı "TikTok"a rəqib kimi GERİ QAYTARIR

Amerikalı sahibkar İlon Mask özünün "X" sosial şəbəkəsində qısa video platforması olan "Vine"ın mümkün qədər geri dönəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu mesaj ABŞ-da "TikTok"un qadağa olunması fonunda verilib.

“Neowin” bildirib ki, Mask yaranan boşluğu doldurmaq üçün unikal fürsət əldə etdi.

İllər ərzində sadiq izləyiciləri olan məşhur altı saniyəlik video platforması "Vine" 2017-ci ildə qəfil bağlanıb. Mümkündür ki, "Vine" funksionallığı hansısa şəkildə "X"ə daxil ediləcək, çünki Mask daha əvvəl "X"i mesajlaşma və ödənişlərdən tutmuş video və digər əyləncələrə qədər geniş spektrli xidmətləri özündə birləşdirən universal proqrama çevirməyi planlaşdırdığını bəyan etmişdi.

Qeyd etmək lazımdır ki, bu, Maskın "Vine"ı qaytarmaq üçün ilk cəhdi deyil - 2022-ci ildə o, artıq istifadəçilər arasında xidmətin geri qaytarılmasına münasibəti ilə bağlı sorğu keçirib.

"Neowin" mənbələrinə görə, "Vine"nın bərpası əhəmiyyətli səylər tələb edəcək. Lakin müvəffəqiyyət qazanarsa, xidmət ABŞ-ı tərk edən "TikTok"un yerini tuta biləcək.

Seçilən
19
1
publika.az

1Mənbələr