Ermənistan 2025-ci il yanvarın 19-da Türkiyəyə mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi ekstradisiya edib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxslər İnterpolun Qırmızı kateqoriyasında axtarışda idi: “Türkiyə Ermənistanın bu məsələdə göstərdiyi əməkdaşlığı yüksək qiymətləndirir”.
Qeyd edək ki, Ermənistandan Türkiyəyə cinayətkar qruplaşmanın başçısı Ercan Yılmaz və cinayətkar qruplaşmanın üzvü İbrahim Kaymak ekstradisiya edilib.