Bakı. Trend:
İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan cinayətkarqruplaşmanın başçısı Ercan Yılmaz və qruplaşma üzvü İbrahim KaymakTürkiyə polisi tərəfindən Ermənistandan ekstradisiya edilib.
Trend xəbər verir ki, bubarədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Məlumata görə, Ercan Yılmaz Türkiyə tərəfindən 15 il, İnterpolsəviyyəsində isə 14 il axtarışda olub. Digər cinayətkar, İbrahimKaymak isə 6 il Türkiyə və bir ildir İnterpol tərəfindənaxtarılıb.
Cinayətkarların Türkiyəyə ekstradisiyası bu ölkə ilə İnterpol vəErmənistanın müvafiq qurumlarının əməkdaşlığı nəticəsində baştutub.
Rəsmi Ankara Ermənistan tərəfinin cinayətkarların təhvilverilməsi istiqamətində göstərdiyi əməkdaşlığı yüksəkqiymətləndirib.
Qeyd edək ki, 2023-cü il iyunun 4-dən bu il yanvarın 10-dəkbeynəlxalq axtarışda olan 760 nəfər Türkiyədə saxlanılıb. Bu dövrərzində xaricdə qırmızı bülletenlə axtarılan 242 nəfər Türkiyəyətəhvil verilib.