AZ

Daily Mail: Moda evləri Melaniya Trampla əməkdaşlıqdan imtina ediblər

Daily

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp, moda evləri ilə əməkdaşlıq məsələsində çətinliklərlə üzləşib. “Ulusum”.az xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.Xəbərə görə, məşhur dizaynerlərin Melaniya ilə işləməkdən imtinası, xüsusilə moda dünyasında böyük nüfuza malik Vogue jurnalının baş redaktoru Anna Vinturun açıq mövqeyi ilə bağlıdır. Anna Vintur Melaniya Trampın şəkillərini jurnalın üz qabığında yerləşdirməkdən imtina edir. Halbuki ABŞ-ın əvvəlki birinci xanımları və hazırkı vitse-prezident Kamala Harris jurnalın üz qabığında yer almışdılar.Dizaynerlərin bu boykotuna görə, Melaniya Tramp geyim seçərkən şəxsi zövqünə və üstünlüklərinə əsaslanmalı olur, bu isə onun üslubunu "zamanın təsirindən kənar və zərif" edir.Məqalə müəlliflərinin fikrincə, Melaniya Trampın garderobu, moda tendensiyalarına uyğun olmasa belə, yüksək zövqlü və klassik hesab edilir. Bununla belə, o, Dior kimi məşhur moda evlərindən adi müştəri kimi geyimlər ala bilər.Səidə Mustafa

Diqqət Çəkənlər

CBS News: Tramp Vaşinqtona gəlib, burada onun inauqurasiya mərasimi keçiriləcək

Yonhap: Yun Sok Yol tərəfdarlarını məhkəmədə baş vermiş dağıntılardan sonra sülh yolu ilə etirazlar etməyə çağırıb

ABŞ-da TikTok qadağan edilib

Seçilən
35
ulusum.az

1Mənbələr