AZ

Türkiyəyə çağırılan əcnəbi VAR hakimlərinin qazancı bəlli oldu

Məlum olduğu kimi Türkiyə Futbol Federasiyası hakimlik mövzusundakı söz-söhbətləri bitirmək üçün bu turdan etibarən əcnəbi VAR hakimlərinin xidmətindən istifadə etmək qərarına gəlib.

''Football-plus.az'' xəbər verir ki, türkiyəli həmkarlarımız əcnəbi VAR hakimlərinin federasiyaya hansı məbləğə başa gəldiyini dəqiqləşdiriblər. Türkiyəli VAR hakimləri hər oyuna 26 min lirə qonorar alırdılar ki, bu da təxminən 710 avro deməkdi. Amma vətəndən kənardan dəvət olunanlara bundan iki dəfə çox pul ödənilir! Belə ki, bir əcnəbi VAR hakiminin bir oyuna təyinat alması federasiyaya 1400 avroya başa gəlir.

Bundan başqa hakimlərin bilet və otel pulunu da federasiya qarşılayır. Amma bu pullar daha sonra TFF-nin klublara ödəyəcəyi yayın gəlirlərindən tutulacaq! Yeri gəlmişkən, bu həftə bir hakimin iki oyuna təyinat alması diqqət çəkdi. Yan Boterberq əvvəlcə ''Hatayspor'' - ''Qalatasaray'' (1:1), sonra da ''Qaziantep'' - ''Bodrum'' (0:0) oyununun VAR hakimi funksiyasını icra etdi.

Bu da o deməkdi ki, belçikalı hakim bu həftə Türkiyədə 2800 avro qazandı.

ƏLİ

Seçilən
24
football-plus.az

1Mənbələr