AZ

Bu saatlarda İsrail-HƏMAS müharibəsi ya yenidən başlayacaq, ya da...

Image

Saatlardır ki, HƏMAS 3 israilli girovu “Qırmızı xaçlılara” təslim edib və girovlar artıq əsil paytaxt Təl- Əvivdədir. Saatlardır ki, dünya Netanyahunun 90 fələstinli məhbusu "Qırmızı xaçlılara" təslimatını gözləyir, heç nə baş vermir, İsraildə səssizlikdir. 

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

İsrailin maliyyə naziri sensasion bir şəkildə deyib ki, Netanyahu mənə "girovlar geri alınan kimi, müharibəni davam etdirəcəyik" sözünü verib. Bunlardan sonra dünya böyük şübhə içindədir ki, Netanyahu razılaşmanı pozacaq. Bayden də HƏMAS-ı qılınclaya-qılınclaya son prezidentlik çıxışını etdi. Fələstinin dövlət haqqından danışmadı. Bayden yəqin qürur duyur ki, prezidentliyinin son saatlarında İsrailin çox böyük önəm verdiyi 3 nəfər yəhudi girovu HƏMAS-dan qurtardı. Əlində tarixə buraxa biləcəyi son "uğur faktı" var... Netanyahunun isə daxildə siyasi reytinq təbliğatı qurması üçün əlinə fakt düşüb...

Yaxın saatlarda 90 məhbus HƏMAS-a verilməsə, yəqin müharibə yenidən qızışacaq. Buna kim səbəb olacaqsa, Şərqdə müharibənin bitməsini istəməyən odur...

Tahir TAĞIYEV





Seçilən
38
baki-xeber.com

1Mənbələr