“Oyun ərzində bir az üstünlüyümüz var idi. Amma təəssüf ki, qalib gələ bilmədik. Daha da artırmağa çalışacağıq”.
Bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 19-cu turunun “Neftçi” ilə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
– Elvin Camalov o qədər pis durumdadır ki, onun əvəzinə mərkəz müdafiəçisi həmin mövqedə oynayırdı?
– Bu gün Sofian Çakla tapşırdığımız mövqedə çox xoşuma gəldi. Mövqe seçimi, bu zonadakı hərəkətliliyini bəyəndim. İstədiklərimizi həyata keçirdi. Elvin hələik hazır deyil.
– Düşünmürsüz ki, komandanın zəif nöqtəsi yarımmüdafiə xəttidir və transferlər o zona üçün ediləcək?
– Həm qış, həm də yayda skautlarımız işləyirlər. Axtarışlarımız var. Çox istəyərdik ki, bütün mövqelərə oyunçu transfer edək. Bununla rəqabəti artıraq.