Görəsən, “Sektor 56”nı müntəzəm tribunalarda görəcəyikmi? Klubla aradakı buzlar əridimi? Bu sualları “Sektor 56”nın rəhbərlərindən Loğman Məlikliyə ünvanladıq:
“Sektor 56” fəaliyyətini dayandırandan sonra premyer-liqa oyunlarını izləmirəm. Azərbaycan futbolunda hakimlik mənə görə sıfırdı. Hakimlik nə vaxt düzələr, hakimlikdə köklü islahatlar aparılarsa, yenidən ölkə futbolunu izləyə bilərəm, hətta “Sektor 56” da tribunaya dönə bilər. Sırf Şamaxını sevən insanlar tribunadan komandanı dəstəklədi. “Sektor 56” hələ ki tribunalarda deyil. Böyük ehtimalla da olmayacağıq. Komanda ilə fanklub arasında heç nə yoxdu. Mediaya açıqlaya bilmədiyimiz bəzi məqamlar düzəlsə, tribunaya qayıdarıq”.
ƏSƏD SEYİDOV