"Barselona"nın mərkəz müdafiəçisi Erik Qarsiya karyerasını "Real Sosyedad"da davam etdirə bilər.
90deqiqe.Az "Diario Sport"a istinadən xəbər verir ki, 24 yaşlı futbolçunu komandanın baş məşqçisi İmanol Alquasil çox bəyəndiyi üçün onu "Real Sosyedad"da görməkdə maraqlıdır.
Eyni zamanda, "Blauqrananın" məşqçisi Hans-Diter Flik bu qış Qarsiyanı itirmək istəmədiyini qeyd edib.
Bu mövsüm ispaniyalı bütün turnirlərdə 16 matçda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.