AZ

Bu gün 20 Yanvar faciəsindən 35 il ötür

Bakı. Trend:

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 35-ci ildönümüdür.

Trend-inməlumatına görə, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrundamübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilyanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürənErmənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİrəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakınınküçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirəngeniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrininyeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətiribçıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəfvə ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarındankeçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, SSRİ-nin cinayətkarrəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, özazadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini,əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədənfövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşıhərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü,744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi.Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi vədövlət əmlakı dağıldı.

Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxsümummilli lider Heydər Əliyev oldu. Belə ki, Heydər Əliyev 21yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar AzərbaycanınMoskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərəkbu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. HeydərƏliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədəelan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesabetdiyini bildirib.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuzmüstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlıhadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daimxatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsirespublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeydedilir.

Bu gün isə bütün şəhidlərimizin ruhu şaddır. Çünki onlarınuğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətənmüharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi.Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmayacaq, onların əzizxatirəsi daim xalqımızın qəlbində yaşayacaq.

Seçilən
12
13
az.trend.az

10Mənbələr