AZ

Yaroslavl şəhərində yaşayış binasında yanğın nəticəsinə 4 nəfər ölüb

Bakı. Trend:

Rusiyanın Yaroslavl şəhərində çoxmərtəbəli yaşayış binasında başverən yanğın nəticəsində, ikisi uşaq olmaqla, dörd nəfər həyatınıitirib.

Trend xəbər verirki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətiməlumat yayıb.

Məlumata görə, doqquzmərtəbəli yaşayış binasının birincimərtəbəsində yerləşən mənzildə yanğın baş verib. Yanğınsöndürənlərhadisə yerinə çatdıqda 2 yetkin insanın meyiti aşkarlanıb. Eynizamanda, üç yaşlı bir oğlan və qız otaqdan çıxarılıb. Təəssüf ki,onların həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisə yerində 18 mütəxəssis, 6 texnika və yanğın sınaqlaboratoriyası fəaliyyət göstərir. Yanğının tam söndürülməsi vəhadisə ilə bağlı təhqiqat aparılır.

Seçilən
14
50
az.trend.az

10Mənbələr