1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin Kaliforniya ştatının Atletika Komissiyası döyüşçülərin "UFC 311" turnirindəki qazanclarını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "MMA Fighting" məlumat verib.
Dördüncü dəfə yüngül çəkidə titulunu qoruyan rusiyalı qarışıq döyüş ustası İslam Mahaçev qalibiyyət bonusu nəzərə alınmadan 200 min dollar alacaq. Onun rəqibi braziliyalı Renato Moykano 250 min dollar qazanıb.
Keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun əmisi oğlu Umar Nurməhəmmədova 100 min dollar ödəniləcək. Onu məğlub edən Gürcüstan təmsilçisi Merab Dvalişvili qələbəyə görə bonusu nəzərə almasaq, 500 min dollar alacaq.