Bakı. Trend:
İtaliya Prezidenti Sercio Mattarella İsrail və HƏMAS arasındaatəşkəs razılaşmasının qüvvəyə minməsini və ilk girovların azadedilməsini böyük məmnuniyyətlə qarşılayıb.
Trend xəbər verirki, Prezident Mattarella Qəzzada münaqişədən əziyyət çəkən mülkiəhalinin, xüsusilə qadınların və uşaqların vəziyyətinə diqqətçəkib: "Fikirlərimiz aylarla ağlasığmaz əzablara məruz qalmışQəzzanın mülki əhalisinə, həmçinin əsirlikdə olanların ailələrininiztirablarına yönəlib. Atəşkəsin tam və davamlı icrasını təminetmək, zorakılıq spiralına son qoymaq və uzunmüddətli sülhə aparansiyasi prosesə başlamaq üçün beynəlxalq ictimaiyyətin öhdəliyi indidaha vacibdir."
Mattarella vurğulayıb ki, münaqişənin həlli yalnız iki dövlətliyanaşmanın dəstəklənməsi ilə mümkündür: "Yetmiş ildən artıqdır ki,əhali üçün iztirablara və qeyri-sabitliyə səbəb olan münaqişənikökündən həll etmək üçün öhdəliyimizi gücləndirməyin vaxtıçatıb."
İtaliya Prezidenti, həmçinin, beynəlxalq ictimaiyyəti bölgədəzorakılığa birdəfəlik son qoymaq üçün səyləri artırmağaçağırıb.